"Qəbələ" 2 transferi bitirir - Hollandiya və Fransadan

“Qəbələ” mövsümlərarası dövrdə ilk legioner transferini Avstriyada reallaşdırdı. Bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatan “qırmızı-qaralar” ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə anlaşdı.

 

Daha çox "Xavi" kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 (1+1) illik müqavilə imzalandı. Başqa sözlə, kayrerası uğurlu alınsa, 2018/19 mövsümünü də “Qəbələ”də keçirəcək. O, artıq Tirol bölgəsində təlim-məşq toplanışı keçən komandaya qoşulub.

 

Daha 2 legioiner isə bugünlərdə Roman Qriqorçukun ixtiyarında olacaq. Sportinfo.az-ın məlumatına görə, Premyer Liqanın gümüş mükafatçısı Hollandiya və Fransadan olan futbolçularla danışıqları uğurla başa çatdırıb.

 

Tarix: 18 İyun 12:24    Oxunub: 885    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.