La Liqaya bir addım da yaxınlaşdı, İsrafilov hələ gözləyir

İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir. Sportinfo.az xəbər verir ki, həlledici oyuna vəsiqə qazanan ilk komanda bəlli olub. Yarımfinalda qarşılaşan "Xetafe" və "Hueska"nın cavab görüşü darmadağınla yekunlaşıb.

 

"Hueska"nın meydanındakı görüşdə 2:2 hesabı qeydə alınsa da, "Xetafe" doğma divarlar arasında bu rəqibinə 3 cavabsız qolla qalib gəlib. Nəticədə, bu komanda finala yüksəlib. Digər yarımfinal cütündə Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" "Tenerife" ilə mübarizə aparır.

 

Bu komandalar arasındakı ilk görüşdə futbolçumuzun komandası 1:0 hesabıyla qalib gəlib. Tərəflər arasındakı cavab görüşü iyunun 18-də "Tenerife"nin meydanında keçiriləcək.

Tarix: 18 İyun 12:00    Oxunub: 186    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Avqust 2017
15 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.