Milliizin müdafiəçisi pul davası etdi, qapısına 3 elçi gəldi

Ötən mövsümün ortasında "Kayserispor"u "Manisaspor"a dəyişən Ufuk Budak yenə kşlubunu dəyişir. Sportinfo.az-ın məlumatına görə, PTT Liqa təmsilçisinin 27 yaşlı müdafiəçi ilə razılığa gələ bilməyib.


O, 2011-ci ildə debüt etdiyi Azərbaycan yığmasının heyətində 17 oyun keçirib. Hamısı da Berti Foqtsun zamanında. Robert Prosineçki gələndə bu qapını üzünə çırpıb. Nə rəsmi, nə də yoxlama matçlarına çağırır. 


Karyerası ərzində “Əskişəhərspor”, “Qaziantep BB” və “Kayserispor”un da formasını geyinmiş Budak “Manisaspor”a bu ilin əvvəlində gəlib və indi tərəflər maliyyə şərtlərində ortaq məxrəci tapmır. Növbəti mövsüm iddialı olmağı qarşısına məqsəd qoyan "qırmızılar"dan əvvəlkindən yüksək məbləğ tələb edir. 


Manisalılar “Şanlıurfaspor”dan üzvü Caner Cavlanı transfer etməyi planlaşdırır, Budakın isə karyerasını hansı klubda davam etdirəcəyi hələ məlum deyil. "Samsunspor", "Ərzurumspor" və "Boluspor"un onun xidmətində maraqlı olduğu söylənilir.

 

Türkiyə mətbuatının yazdığına görə, Super Liqanın 2 təmsilçisi də yığmamızın sabiq üzvünün təqibini buraxmır. PTT I Liqada çıxdığı 13 qarşılaşmada 1 qol vuran və ümumilikdə 1112 dəqiqə meydanda olan Ufukun yaxın günlərdə yekun qərarını açıqlayacağı bildirilir.

Tarix: 18 İyun 11:36    Oxunub: 928    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.