Yığmanın baş məşqçisi istefa verərək ölkədən Belçikaya qaçdı

Sərbəst güləş üzrə Ermənistan milli komandasının baş məşqçisi Armen Mkrtçyan istefa verərək, ölkəni tərk edib. Sportinfo.az xəbər verir ki, bu barədə news.am-a Ermənistan Güləş Federasiyasından bildirilib. Olimpiya vitse-çempionu ailəvi problemlər üzündən Belçikaya qayıdıb.

 

Mkrtçyan Gürcüstanın paytaxtı Tbilisidə ötən həftə keçirilmiş Vaxtanq Balavadze və Givi Kartozia adına Qızıl Qran Pri turniri ərəfəsində İrəvanda son təlim-məşq toplanışında iştirak edib. Daha sonra o, Ermənistanı tərk edib və komanda ilə birgə Gürcüstana yollanmayıb.


Qızıl Qran Pridə iştirak edən Azərbaycan sərbəst güləşçiləri Mircəlal Həsənzadə (57 kq) yarımfinalda, Qalib Əliyev (61 kq) isə 1/4 finalda erməni güləşçilərlə qarşılaşaraq, qalib gəliblər. Firdovsi Umudovun baş məşqçi olduğu komanda turniri 2 qızıl, 1 gümüş, 1 bürünc medalla başa vurub. 

Tarix: 18 İyun 11:12    Oxunub: 178    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.