"Oktay Dərəlioğlunun "Xəzər Lənkəran"da nə işi vardı?"

"Artıq türkiyəli futbolçuların, özəlliklə, gənclərin ölkədən çıxması lazımdı. Bu ölkədə nə qədər Enes Ünal var! İngiltərənin bir neçə böyük klubu bizim gənclərlə yaxından maraqlanır" - Türkiyənin tanınmış futbol yazarlarından Emre Bol bu mövzuda danışarkən, bəzi zatırlatmalar edib.

 

Sportinfo.az-ın məlumatına görə, yerli həmkarımız 2004-2006-cı illərdə "Xəzər Lənkəran" forması geyinən Oktay Dərəlioğlunu yada salıb: "Super Liqa klubları gənclərə az şans verir. "Bursaspor" zamanında Enesi əsas heyətə layiq bilmirdi, gördüz indi hardadı,

 

"Vilyareal" transferinə 14 milyon avro ödəyir. Bu gün Türkiyəyə əsasən yaşı 30-u keçmiş futbolçular gəlir. Sonra burdan da ərəb ölkələrinin yolunu tuturlar. Yaşlı oyunçularımızın Türkiyədən kənara getməsi millimizə heç nə qazandırmır.

 

Vaxtilə Oktay Dərəlioğlu da Azərbaycanda "Xəzər Lənkəran" adlı komandaya yollanmışdı. Oktayın orda nə işi vardı? Para üçün getmişdi. "Fənərbağça"dan Ozan Tufanı, "Altınordu"dan bir neçə gənci, "Beşiktaş"dan Tolqayı və başqalarının Avropadan talibləri çıxıb. Getsinlər, bir dəqiqə də burda artıq qalmasınlar".

 

Tarix: 18 İyun 10:48    Oxunub: 605    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.