"İnter"İn qiymətini açıqladı

"İnter"in baş məşqçisi Zaur Svanadze Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "Viitorul" klubuna qarşı keçirdikləri yoxlama matçını şərh edib. Sportinfo.az xəbər verir ki, bakılıların gürcüstanlı çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra həm matç barədə fikirlərini açıqlayıb, həm də ümumilikdə toplanışı qiymətləndirib:

 

"Bu oyun Avropa Liqası matçları ərəfəsində başlıca repetisiya idi. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər.

 

Toplanış məhsuldar keçdi. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik. Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi qiymət müsbətdi. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik".

Tarix: 18 İyun 10:12    Oxunub: 416    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.