Azərbaycan veteranları Avropa çempionatında 10 medal qazandı

Xorvatiyanın Zaqreb şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilir. Yarışda mübarizə aparan Azərbaycan idmançıları uğurla çıxış edirlər. Sportinfo.az xəbər verir ki, millimiz aktivinə 3 qızıl, 5 gümüş və 2 bürünc medal yazdırıb.


Qadınların yarışında ölkəmizi təmsil edən Zülfiyyə Hüseynova F-4 63 kq kateqoriyasında bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Kişilərin mübarizəsində Məmmədov Məmməd (M-1 73 kq), Bağırov Zaur (M-3 +100 kq) və Budaqov Vüqar (M-2 73 kq) qitə çempionu adını qazanıb.

 

Hacıyev Babək (M-3 60 kq), Cəfərov Mübariz (M-4 81 kq), Rəcəbli Fərhad (M-6 90 kq) və Müslimzadə Məhəmməd (M-8 +100 kq) gümüş medala layiq görülüb. Daha iki veteran cüdoçumuz - İntiqam Ələkbərov (M-1 100 kq) və Zaur Paşayev (M-2 100 kq) Avropa çempionatında 3-cü yeri tutub.

Tarix: 18 İyun 09:48    Oxunub: 128    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.