Qvardiola sabiq futbolçusunu sərəncamında görmək istəyir

“Yuventus”un müdafiəçisi Dani Alveş karyerasını İngiltərədə davam etdirə bilər. Sportinfo.az xəbər verir ki, braziliyalı “Mançester Siti”yə keçməyə yaxındır. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola sabiq futbolçusunu sərəncamında görmək istəyir.

 

34 yaşlı Alveş Turin klubunun ona yeni müqavilə təklif etməməsindən narazıdır. Bu, onun “Siti”yə keçməsi üçün əsas səbəblərdən biridir. Alveşlə bir neçə il “Barselona”da Qvardiolanın rəhbərliyi altında oynayıb.

Tarix: 18 İyun 09:36    Oxunub: 91    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.