"Neftçi" ilə 6000 manatlıq müqavilə bağladı, Rəfiyevə qazandırdı

Ötən mövsümü Xorvatiyanın ikinci liqasında keçirən Elnur Cəfərov karyerasını vətəndə davam etdirəcək. Baş məşqçi Yaşar Vahabzadə ilə problem yaşadığı üçün U-21-in Avstriya toplanışına aparılmayan yarımmüdafiəçi "Neftçi" ilə nigaha girib.

 

"Xəzər Lənkəran"ın yetirməsi ağ-qaralarla 1+1 illik müqavilə bağlayıb. "Duqopolye"də əsas heyətə düşə bilməyən Cəfərov paytaxt klubu ilə 72 min manata anlaşıb. O, hər ay bakılılardan 6000 manat maaş alacaq.

 

Elnura "Neftçi" forması geyindirən Riad Rəfiyev də az qazanmayıb. AFFA-nın milli komandalar üzrə seleksiyaçısı bu transferdən 10000 manat qazanıb. Klubun icraçı direktoru Orxan Hüseynzadə və baş məşqçi Elxan Abdullayevlə yaxın dostdu, ona artıq pul verərlər də…

Tarix: 18 İyun 09:24    Oxunub: 1204    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.