"Bilmirəm, bəlkə başqa komandaya gedər və ya... özü bilər”

“Uillyams” komandasının üzvü Felipe Massa Bakı qran-prisinin rəsmi elçisinin “bostanına daş atıb”. Sportinfo.az xəbər verir ki, braziliyalı sürücü Fernando Alonsonun formula1 karyerasını bitirməsi ən yaxşı seçim olduğunu deyib.

 

F-1.az-a görə, ispaniyalı pilot 2015-ci ildə “Ferrari”dən “Maklaren”ə transfer olunduqdan sonra, fəxri kürsüyə belə çıxa bilməyib. Alonsonun britaniyalılarla müqaviləsi ilin sonunda bitəcək və onun üçün ən real namizəd “Renault” komandası sayılır.

 

“Fernando formula1-dən şikayət edir, çünki yaxşı bolidi yoxdur. Halbuki, vəziyyət 80-ci illərlə eynidir. “Liberty Media” insanları idmana cəlb etmək üçün işlər görsə də, hər şey olduğu kimi qalacaq. “Mersedes” və “Ferrari” rəqiblərindən çox uzadadırlar. Kiçik komandalara daha çox fürsət verilməlidir, amma bu 2020-ci ildəki yeni müqaviləyə qədər mümkünsüzdü.

Tarix: 18 İyun 09:00    Oxunub: 90    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.