Latviya birinci liqasında 10-cu turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" səfərdə "Smiltene" ilə qarşılaşıb. Futbolçumuzun komandası rəqibini 4:0 hesabıyla darmadağın edib.
Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Komandasının qələbəsində futbolçumuzun xüsusi payı olub. Belə ki, 31-ci dəqiqədə hesabı açan Əsgərov 41 və 65-ci dəqiqədə het-trikini rəsmiləşdirib.
Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb. "Olayne" 10 turdan sonra 17 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.