Yeni dünya çempionatı Azərbaycan üçün yaxşı başlamadı

İyunun 15-23 aralığında Yaponiyanın paytaxtı Tokioda kişilər və qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı keçirilir. Sportinfo.az xəbər verir ki, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

 

Onlardan Kənan Xəlilov və Məhəmməd Məmmədli 62 kq çəki dərəcəsində mübarizəyə qoşulublar. Toplam 250 kq (120+130) nəticə göstərən Kənan Xəlilov bu çəki dərəcəsində 12-ci, toplam 260 kq (115+145) nəticə göstərən Məhəmməd Məmmədli isə 9-cu yeri tutub.

Tarix: 18 İyun 08:00    Oxunub: 121    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.