“Zirə” bunu ilk dəfə etdi - FOTO

Türkiyənin Bolu şəhərində təlim məşq toplanışında olan “Zirə” ikinci yoxlama yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi Kamerunun “Kolumbe Sportivo” klubu ilə üz-üzə gəlib. 

 

Baş məşqçi Ayxan Abbasov start heyətində, Anar Nəzirov, Yovan Krneta, Adil Nağiyev, Jozef Boum II, Təmkin Xəlilzadə, Nicat Qurbanov, Milan Duriç, Vüqar Mustafayev, Orxan Əliyev, Kervens Belfor və Riçard Qadzeyə yer verib. 

 

Qarşılaşmanın ikinci hissəsində isə Kamal Bayramov, Abdulla Seydəhmədov, Sadiq Quliyev, Aleksandr Şemonayev, Viktor İqbekoyi, İlkin Muradov, Sahil Cəfərov, Muşfiq İlyasov, Vüsal İsgəndərli, Elgün Nəbiyev, Elçin Əliyev meydana çıxıb.

 

Oyuna sürətli başlayan “qartallar” erkən qollarla rəqibi sarsıdıb. “Zirə”nin yeni transferi Kervens Belfor ilk 5 dəqiqədə dublunu rəsmiləşdirib. Fasiləyə qədər həmçinin, Riçard Qadze 2, Təmkin Xəlilzadə və Orxan Əliyev isə bir qola imza atıb. İlk yarı zirəlilərin 6:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə isə Sadiq Quliyevlə Müşfiq İlyasov rəqib qapısına yol tapıb.

 

Nəticədə “Zirə” kamerunlular üzərində 8:0 hesablı qələbə qazanıb. İlk yoxlama oyununda Bakı “İnter”i üzərində 2:0 hesablı qələbə qazanan “qartallar” iyunun 20-də keçiriləcək sonuncu yoxlama oyununda Rumıniyanın “Viitorul” klubu ilə üz-üzə gələcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Tarix: 18 İyun 00:53    Oxunub: 381    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Avqust 2017
15 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.