"Mançester Yunayted" Erik Dayeri 55 milyon avroya satın alır

"Mançester Yunayted" "Tottenhem"dən Erik Dayeri heyətinə qatmağa çalışır. Sportinfo.az xəbər verir ki, futbolçunun klubu onu satmağın əleyhinə deyil. Sadəcə, "Tottenhem" Dayeri MY-yə 55 milyon avro müqabilində buraxmağa razıdı.

 

"Qırmızı şeytanlar" isə qarşı tərəflə danışıqları davam etdirmək və tələb olunan məbləği azaltmağa ümidlidi. "Sportinq"in yetirməsi olan, həm mərkəz müdafiəçisi, həm də dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran 23 yaşlı ingilis futbolçu "Tottenhem"də 2014-cü ildən top qovur. Dayer 2015-ci ildən İngiltərə yığmasının da şərəfini qoruyur.

Tarix: 18 İyun 00:46    Oxunub: 186    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.