Ronaldoya 3 ölkədən təklif var

"Real"dan ayrılmaq istədiyi iddia edilən Kristiano Ronado bir çox klubdan təklif alıb. Sportinfo.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçunun agenti müştərisinə İngiltərə, Fransa və Çin klublarının daha çox maraq göstərdiyini açıqlayıb.

 

Artıq bu təkliflərlə bağlı Ronaldonun agenti Jorje Mendeş Madrid klubunun rəhbərliyinə məlumat verib. Ronaldo İspaniya prokurorluğunun ona vergidən yayınma ittihamı irəli  sürdüyünə görə "Real"ı tərk etməyi düşünür. 32 yaşlı hücumçunun fikrincə, Madrid klubu bu məsələdə onu müdafiə etmir.

Tarix: 18 İyun 00:08    Oxunub: 232    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.