“O da Azərbaycana uduzandan sonra millidən getdiyini demişdi”

"Arda mənim mənim övladlarımdan biridi" - Sportinfo.az xəbər verir ki, bu sözlər türkiyəli məşqçi Abdullah Avcıya məxsusdur. Ölkəsinin mətbuatına müsahibə verən "Başakşəhər"in baş məşqçisi "Barselona"nın futbolçusu Arda Turanın millidən getməsinə münasibət bildirib. O, Ardanın hisslərinə qapıldığını və tələsik qərar verdiyini deyib:
 
"Övladlarım 3 ay onun yanında oldular. Arda çox ağıllı və duyğusal insandı. Əmrə Bəlözoğlu da onun kimidir. Bəzən hissləri ağlının önünə keçir. Ardanın konkret nəyə görə millidən getdiyini bilmirəm. Amma mən hər zaman nəticəyə baxıram. Ümid edirəm ki, böyüklərimiz məsələni yoluna qoyacaqlar". 
 
Təcrübəli mütəxəssis müsahibə zamanı AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Türkiyə matçını xatırlayıb. O, millimizin 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra Əmrə Belözoğlunun Arda kimi qərar verdiyini açıqlayıb:
 
"Əmrə də Azərbaycanla oyundan sonra həmin andakı hisslərinə məğlub olub, milli karyerasını başa vurduğunu demişdi. İndi Əmrənin 38 yaşı var və milliyə dəvət etsələr, düşünmədən gedər. Demək ki, istəyirəm ki, əvvəllər də Arda kimi qərar verən futbolçular olub. Ümid edirəm ki, problem yaxın zamanlarda həllini tapacaq".

Tarix: 17 İyun 17:24    Oxunub: 245    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.