"İşimiz çoxdu, vaxt ayıra bilmədik, ona görə də klubu bağladıq"

"Biz bu qərarı 1 saatın içində vermədik. Klub qalsaydı, onun bütün işləriylə mən məşğul olacaqdım. İşlərimizin çoxluğu səbəbindən buna vaxt çatdıra bilmədik" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Gəncliy"in prezidenti Paşa Qafarov deyib.


İki həftə öncə fəaliyyətə başlayan "Gənclik" sponsorlarından şok xəbər alıb. Yeni yaranan klubun himayədarları I Divizionun növbəti mövsümündə iştirakdan imtina edib. Gözlənilməz qərarın səbəbi barədə danışan P.Qafarov bildirib ki, gümanlar görüləcək işlərin miqyası ilə üst-üstə düşməyib: 


"Şirkətimiz yeni yaranıb. Tikinti və loqistika sahəsi üzrə ixtsaslaşıb. Neft və yanacaq təhcizatı ilə məşğul olmuruq. Bizi o sahəyə buraxan kimdi? Klub yaratmaq ideyası bir müddət əvvəl yarandı. Şirkətdaxili bəzi turnirlər keçirdik, gördük ki, bacarıqlı uşaqlarımız var. Əvvəl deyildi ki, həvəskarların çempionatında özümüzü sınayaq.

 

Sonra düşündük ki, həvəskarlarda oynamaqdansa, birinci dəstəni seçək. Həvəskarlara da müəyyən qədər pul lazımdı. Təsəvvür edin, hansı işçi iş saatından sonra gəlib stadionda ürəkdən futbol oynayar? Ona da nəsə vermək lazımdı. İstənilən halda xərc çıxır. Ona görə də fikirləşdik ki, xərc xərcdisə, elə birinci dəstədə yer alaq.

 

Düzdü, böyük planlarımız varıydı. Qəbələdə, Alanyada toplanış keçməli idik. Əsasən cavanlara üstünlük verəcəkdik. Yaxşı oğlan və yaxşı baş məşqçi kimi tanıdığımız Müşviq Qənbərovu dəvət etmişdik. O, qısa müddətdə böyük iş görmüşdü, artıq komanda yığmışdı. Bu qərarın verilməsində onun heç bir günahı yoxdu.

 

Sadəcə, mən baxdım ki, düşündüklərimizlə reallıqlar başqa-başqadı. Klub qalsaydı, hər işi mən görəcəkdim. Buna da vaxt çatdırmayacaqdım. Çünki xərclər gözlədiyimizdən çox idi. Biz əvvəl hesablamamışdıq ki, diviziona filan qədər pul lazım olar. Düzdü, mən özüm bu sahəni müəyyən qədər bilirəm, xəbərdaram, ancaq peşəkar klub yaratmağın hansı məbləğə başa gəlməsiylə maraqlanmamışdım.

 

Bu gün özünüz bilirsiz ki, bütün klublar sponsor axtarır. Heç bir şirkətə "gəl, bizim sponsor ol" deməyin yeri yoxdu. Təklif vermək, danışıqlar aparmaq mənasızdı. Biz öz işlərimizlə əlaqədar müxtəlif təşkilatlar və şirkətlərlə görüşürük. Bu görüşlər zamanı qarşı tərəf "belə bir iş olarsa, biz də kömək etməyə hazırıq" söyləyirsə, söhbəti boş buraxmırıq.

 

"Gənclik" klubunun yaradılması da bu cür danışıqların nəticəsində qərara alınmışdı. İşlərimizin çoxluğuna görə bu layihəni həyata keçirməyi sonraya saxladıq. Yəni, bu hal müvəqqətidi. Dəqiq vaxtını söyləyə bilmərəm indi, ancaq bu fikirdən t amamilə vaz keçməmişik. Nəvaxtsa bu klubu yenidən formalaşdıracağıq. Bu il həvəskarlar liqasında iştirak etməyəcəyik.

 

Belə bir klub yaratmaq istəməyimizi AFFA və PFL bilirdi. Onlarla hələ üzbəüz görüşməmişdik, aramızda şifahi, telefon söhbəti olmuşdu. Onlar işin gedişində bizə müəyyən köməklik göstərəcəklərinə söz vermişdilər. Biz maliyyə cəhətdən AFFA-ya "yük" olmayacaqdıq. Özümüz də bilirik ki, hazırda bir çox klublara AFFA özü sponsorluq edir. Gəlib bizim də AFFA-dan maddi yardım istəməyimiz düz olmazdı. Mən, ümumiyyətlə, hesab edirəm ki, klublar müstəqil fəaliyyət göstərməlidi, AFFA-nı bu məsələdə incitməməlidi".

Tarix: 17 İyun 19:48    Oxunub: 628    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.