"Lazım gəlsə, akdemiyada tək məşq edəcək, amma getməyəcək”

“Bursaspor”da çıxış edən Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın meneceri Erdem Karagöl açıqlama verib. Sportinfo.az məlumatına görə, FİFA agenti yığmamızın forvardının Super Liqa klubunu tərk etməyəcəyini bildirib:

 

“Dəniz heç yerə getməyəcək. “Bursaspor”la müqaviləsi var və sözləşməsi başa çatana qədər burda qalacaq. Lazım gəlsə, akdemiyada tək məşq edəcək”.


Yılmaz intizamsız hərəkətlərinə görə mövsümün sonuna bir neçə tur qalmış komandadan uzaqlaşdırılıb. Karagöl həmçinin bildirib ki, “Bursaspor”un Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışqılarında iştirak etməyib: “Mən Prosineçki ilə “Bursaspor” adına görüşməmişəm”.

Tarix: 17 İyun 19:36    Oxunub: 447    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.