Çempionlar Liqasının ən gözəl qolunu türk balası vurdu - VİDEO

Futbol azarkeşləri Çempionlar Liqasının ən yaxşı qolunu seçiblər. Sportinfo.az xəbər verir ki, "Beşiktaş"ın hücumçusu Cenk Tosun ÇL-ın ən yaxşı qolunun müəllifi olub.


Türk futbolçunun "Benfika"nın qapısına vurduğu qol 41 faiz səs toplayıb. İkinci yeri isə "Yuventus"un xorvatiyalı hücumçusu Mario Mancukiç tutub. Onun finalda "Real"ın qapısına vurduğu qol 19 faiz səs toplayıb.


"Real"ın hücumçusu Kriştianu Ronaldunun Lissabonun "Sportinq" komandasına qarşı oyunda vurduğu qol üçüncü yeri (13 faiz səslə) tutub. UEFA bir neçə gün əvvəl də mövsümün 10 ən yaxşı qolunu təqdim etmişdi.

 

Tarix: 16 İyun 12:12    Oxunub: 172    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.