“MƏKTƏBLƏRDƏ FUTZAL” - II HİSSƏ (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az və Sportinfo.az saytlarının "Futzal: mövcud durum və perspektiv üfüqləri” layihəsində “Məktəblərdə Futzal” yazısının II hissəsini təqdim edirik. (İlk yazı üçün link http://premyer.az/xeberler/6291-mekteblerde-futzal-layhe.html )

 

Ötən ayların birində oxuduğumuz bir xəbər marağımıza, həm də sevincimizə səbəb oldu.  Belə ki, rayon ümumtəhsil məktəbləri arasında futzal idman növü üzrə rayon finalı keçirilib.  Neftçala rayonu A.Cəfərov adına Astanlı kənd tam orta məktəbində AFFA və Coca-Cola şirkətinin birgə təşkil etdiyi məktəblərarası məktəbli kubokunun futzal idman növü üzrə  rayon finalı keçirilib. Rayon turunun final mərhələsində Neftçala şəhər 4 saylı tam orta məktəbin komandası ilə Astanlı kənd tam orta məktəbin komandası qarşılaşıb. Gərgin mübarizədən sonra Astanlı kənd tam orta məktəbinin komandası 7:4 hesabı ilə qalib gələrək növbəti-zona mərhələsinə vəsiqə qazanıb.

 

 

AFFA yanında Media Komitəsinin layihəsinin icrası zamanı bölgələrin, ümumilikdə isə respublikanın bütün məktəblərində futzalın təbliği, inkişafı yönündə təklifləri hazırlamaq qərarına gəldik. “Layihə daxilində layihə” prinsipinə əsaslanaraq  “Məktəblərdə Futzal” layihəsi üzrə önümüzdə qoyulan məqsədin həyata keçirilməsi üçün nələrin vacib olduğunu müəyyənləşdirdik:

 

VƏZİFƏLƏR:

1. Ümumtəhsil müəssisələrinin sinifdənkənar bədən tərbiyəsi və sağlamlığın möhkəmləndirilməsi sisteminə futzalın (mini futbolun) məqsədyönlü şəkildə tətbiqi yolu ilə, bu idman növünün təbliğ edilməsi və populyarlaşdırılmasına nail olmaq.

 

2. Şagirdlər arasında futzalın populyarlaşdırılması üçün stimullaşdırma sistemini yaratmaq və bunun üçün məktəbdaxili, məktəblərarası, rayonlararası, şəhərlərarası və ümumrespublika turnirləri təşkil etmək.

 

3. Ümumtəhsil müəssisələrini mini-futbol üzrə xüsusi elmi-metodik ədəbiyyat, dərsliklər və videomateriallarla, həmçinin lazımi futzal inventarları ilə təmin etmək.

 

 

LAYİHƏNİN  HƏYATA  KEÇİRİLMƏ  MEXANİZMLƏRİ  VƏ  ƏSAS  İSTİQAMƏTLƏR

-        Məktəblərdə futzal seksiyalarının yaradılması, məktəb daxilidə futzal turnirlərinin keçirilməsi, məktəblərdə təşkil edilən yığma komandaların regional turnirlərdə və ölkədaxili yarışlarda iştirakı məqsədilə, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyini, o cümlədən AFFA, Regional Futbol Federasiyaları və idman idarələri və Azərbaycan Futzal Federasiyası tərəfindən məktəb direktorları və bədən tərbiyyəsi müəllimləri ilə ilkin təlimatlandırma işinin təşkil edilməsi;

 

-        Turnirlərin məktəblilərin yaz tətili zamanı keçirilməsi daha məqsədəuyğun olar. Regionlarda keçirilən turnirlərin təşkilini Regional Futbol və idman qurumları, ümumrespublika turnirlərinin və regional turnirlərinin final mərhələlərinin təşkilatçılığını isə AFFA, Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi və AFF öz üzərinə götürür. 

 

-        Turnirlərin təşkili və düzgün keçirilməsi məqsədilə, yuxarıda adı çəkilən futbol və idman qurumları, məktəb müəllimlərini xüsusi elmi-metodiki ədəbiyyatla, futzalı təbliğ edən plakatlarla, videomateriallarla, həmçinin lazımi futzal inventarları ilə (idman formaları və ayaqqabıları, mini futbol topları və s.) təmin edir.

 

-        Azərbaycan Respublikasının Səhiyyə nazirliyinin regional bölmələri də turnirlərin təşkili və xüsusi ilə keçirilməsi zamanı yarışları öz mütəxəssisləri ilə təmin edib, şagirdlərin sağlamlığı və fiziki hazırlığının ölçülməsi məqsədilə müvafiq tədbirlər planı həyata keçirir. 

 

MALİYYƏLƏŞDİRMƏ

Bu Layihənin icrası AFFA-nın və müvafiq dövlət qurumlarının “Regionlarda idmanın inkişafı” üçün nəzərdə tutulmuş vəsaitin, o cümlədən yerli icra hakimiyyətlərinin və iş adamlarının maliyyə dəstəyi hesabına aparılır.

 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 

Tarix: 15 İyun 15:00    Oxunub: 202    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.