FİFA-dan tarixi qərar: DÇ-də 48 komanda olacaq!

FİFA 2026-cı ildən etibarən futbol üzrə dünya çempionatlarında 48 milli komandanın iştirakı haqda qərar qəbul edib. Sportinfo.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantinonun 48 komandalı çempionat təklifi bu gün qəbul olunub. Final mərhələsində iştirak edəcək 48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaq.

 

Qrupda ilk 2 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaq. Mundialda Avropaya 16, Afrikaya 9,5 (bir yığma digər qitədən olan komanda ilə pley-off qarşılaşması keçirəcək), Asiyaya 8,5, KONMEBOL-a 6,5, KONKAKAF-a 6,5, Okeaniyaya 1 yer ayrılması nəzərdə tutulub.

Tarix: 10 Yanvar 14:12    Oxunub: 50    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Yanvar 2017
19 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.