"Kişi verdiyini geri almaz"

"İntiqam Zairov hesablamalara görə, 6-cı yerdən 2-ci pilləyə qalxıb. Ona gümüş medalın verilməsi fikri var. Eyni zamanda onun özünün dopinq məsələsi araşdırılır. Baş açmıram ki, necə məsələdi" - Sportinfo.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairova 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş medalının verilmə ehtimalı ilə bağlı məsələyə münasibət bildirərkən deyib. 


O vurğulayıb ki, hələlik hər hansı fikir söyləmək mümkün deyil: "Gümüş medal Zairova verilsin, sonra ondan dopinq çıxsa, geri alınsın? Bu barədə indi fikir bildirmək istəmirəm. Qoy, tam məsələlər həll olunsun, araşdırılsın, daha sonra cavab verək". 


Ç.Hüseynzadə bildirib ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testdən keçə bilmədiyi üçün gümüş medaldan məhrum edilən Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimovdan pul müküfatını alıb Zairova vermək düzgün deyil:

 

"Kişi verdiyini geri almaz. Bu səbəbdən, Vitaliyə verilən pul mükafatı geri alınmır. Zairovdan danışmaq isə tezdir. Gümüş medal ona verilsə, razılaşaq ki, bu, yarışdan qazanılan medal deyil. Ona görə də pul mükafatı haqda düşünmək lazım deyil".

Tarix: 10 Yanvar 14:00    Oxunub: 213    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.