"Şərurspor"un prezidentinin həbs olunmasının GÖRÜN(MƏY)ƏN ÜZÜ

"Şərurspor"un prezidenti Sərdar Bağırov 6 gün öncə gözaltına alınıb. İş adamı vergidən yayınmaqda ittiham olunur. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasında saxlanılır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar. Günahsızlığını sübuta yetirməyə çalışan klub prezidenti yaxın günlərdə azadlığa buraxıla bilər.


"Şərurspor"un adı mətbuatda danışılmış oyunlarda hallanır. Bəzi həmkarlarımızın iddiasına görə, gözlənilməz həbsin arxasında məhz bu amil dayanır, sadəcə, vergidən yayınma bəhanədi. O da bildirilir ki, I Divizion klubu tezliklə fəaliyyətini dayandıracaq və bu, bilavastə AFFA-nın iradəsi daxilində olacaq. Belə deyək, federasiya oyun "alver"ində iştirakı barədə söz-söhbətlərdən bezərək, "Şərurspor"u tarixin arxivinə göndərəcək. 


Azərbaycanda idman yarışlarında manipulyasiya, ona qarşı təbliğat və yarışlar zamanı yarışın gedişinə qanunsuz müdaxilə ilə bağlı qadağalar və yeni cəzalar tətbiq olunun. Milli Məclisin Gənclər və idman komitəsinin iclasında “Bədən tərbiyəsi və idman haqqında”, o cümlədən, Cinayət və Cinayət Prosessual məcəllələrinə əlavələr müzakirəyə çıxarılıb.

 

“Bədən tərbiyəsi və idman haqqında” qanuna əlavə üçün təklif edilən 40.2 (İdman yarışlarının manipuliyasiyası ilə mübarizə) maddəsinə görə, idman yarışlarının manipulyasiyası qadağandı. Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən maddə 192-2 (İdman yarışlarının manipulyasiyası) görə isə, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın, güzəştin istənilməsi, yaxud alınması, bu barədə təklifin və ya vədin qəbul edilməsi 3000 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.


Redaksiyamıza daxil olan məlumata görə, Sərdar Bağırov Bakıda iri biznes məşğuldu. Bir neçə ticarət mərkəzi, şadlıq sarayı və restoranların sahibidi. Naxçıvan Ali Sovetinin sədri Vasif Talıbova yaxınlığı ilə bilinir. Vergtlər Nazirliyinin əməkdaşları onun nəzarətindəki obyektlərdə audit yoxlaması aparıb və istintaqa cəlb olunması qərara alınıb. Həbsi futbolla əlaqələndirmək yersizdi.

 

AFFA aylar öncə xüsusi komissiya yaradıb və UEFA-nın sərt təlimatına əsasən, "alver" şübhələri ilə bağlı araşdırmalarını davam etdirir. Ötən müddətdə 30 yaxın futbol adamı (futbolçu, hakim, klub rəsmisi) prosesə cəlb edilib, di gəl, nəinki bir fakt, heç "ipucu" da tapılmayıb. Əksinə, şübhələlilərin siyahısı get-gedə azalmaqdadı. Hamı danışır, fərziyyə irəli sürür, dəlil-sübut isə ortalığa gəlmir. "Şərurspor"un prezidentinin qoluna qandal vurulması bu mənada məntiqli görünmür. 

 

SPORTİNFO.AZ

Tarix: 10 Yanvar 12:12    Oxunub: 430    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.