Millimizin yeni baş məşqçisi: Rusiya, Ukrayna və Braziliyadan olan namizədlər danışıqlar gedir - RƏSMİ

Futzal Federasiyasının prezidenti Zaur Axundov milli komandamıza yeni baş məşqçinin yaxın 1 həftə ərzində təyin olunacağını bildirib. Sportinfo.az xəbər verir ki, o, bunu sport24.az-a verdiyi açıqlamada söyləyib.

 

Federasiya başçısı namizədlərin hansı ölkələrdən olduğuna dair sualımızı da cavablandırdı: “Bilirsiniz ki, müqavilə bağlamayınca, ad açıqlamıram. Bağlansa belə, rəsmi anlaşma əlimə çatmayadən onu açıqlamıram. Kimsə deyə bilər ki, filansək orda qol çəkdi, “whatsapp”la göndərdi.

 

Ancaq bunu da qəbul etmirəm, inanmıram. Müqavilənin əsli gərək masamın üstündə olsun. Rusiyadan da, Ukraynadan da, Braziliyadan da olan mütəxəssislərlə danışıqlar gedir. Bu 3 istiqamətdə işlər görülür. Fikirləşirəm ki, ən uzağı 1 həftəyə bu məsələ həll olunacaq”.

Tarix: 11 İyun 17:19    Oxunub: 344    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.