DEDİ: “Onlar acdılar” - FOTO

“Qarşılaşma bizim üçün çətin olacaq. Çünki “Ximik”in heyətində bir sıra ulduz voleybolçular çıxış edir. Rəqibin bu baxımdan üstün olmasına baxmayaraq, var qüvvəmizlə mübarizə aparacağıq” - Sportinfo.az-ın məlumatına görə, bunu “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.
 
Bu gün Çempionlar Liqasında II turun matçlarına start veriləcək. Bakı klubu ilk oyun günündə Polşanın “Ximik” klubunu qəbul edəcək. Orlenliqanın qalibi ilə qarşılaşma öncəsi danışan serbiyalı mütəxəssis bildirib ki, azarkeşləri sevindirməyə çalışacaqlar:

 

“Rəqibin ilk turda “Modena”ya uduzmasında aparıcı oyunçularının hamısının oynamamasının rolu olub. Startda xal qazana bilmədikləri üçün polşalılar qələbəyə acdılar. Bu üzdən qonaqların çox aqressiv mübarizə aparacağını gözləyirəm. Lakin biz də əzmlə oynayıb, istəyimizə çatmağa çalışacağıq”.

Tarix: 10 Yanvar 10:00    Oxunub: 121    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Mart 2017
28 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.