"Biz bu qərarı verə bilmərik"

Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairovun adı hazırda Beynəlxalq Olimpiya Komitəsinin (IOC) haqqında qərar verilməyən və ya qərardan CAS-a şikayət verilən idmançılar sırasındadı. Sportinfo.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) hüquqşünası Yeva Nyirfa 2012-ci il London Yay Olimpiya Oyunları ilə bağlı hazırda qurumun rəsmi saytında dərc olunmuş 94 kq çəki dərəcəsi üzrə texniki nəticələr cədvəlində İ.Zairovun 2-ci pillədə göstərilməsinə münasibət bildirərkən deyib. 


Y.Nyirfanın sözlərinə görə, qaydalara əsasən, ilk olaraq IOC-un barəsində qərar verilməyən atlet haqda rəsmi münasibəti tələb olunur: "IOC-un yekun, rəsmi qərarı olmadan biz qərar verə bilmərik". 


IWF rəsmisinin fikrincə, saytda yer alan cədvəldəki vəziyyət şərti xarakter daşıyır: "IOC son qərarı qəbul edəndən sonra biz də müvafiq qərarlarla yekun cədvəli müəyyənləşdirəcəyik".


"London-2012"də 94 kq çəki dərəcəsində İntiqam Zairov 6-cı yeri tutub. Lakin ilk 4 yeri tutan idmançılar dopinq-testdən keçə bilmədikləri üçün diskvalifikasiya olunublar. Nəticədə azərbaycanlı ağırlıqqaldıran 2-ci pilləyə yüksəlib.

 

Bununla belə, IOC iyulun sonlarında İ.Zairovun dopinq-testinin təkrar müayinəsi nəticəsində ondan istifadəsi qadağan olunmuş dərman preparatının tapıldığını bəyan edib. Hələlik onunla bağlı araşdırmaların nəticəsi açıqlanmayıb. 

Tarix: 10 Yanvar 09:00    Oxunub: 150    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Mart 2017
28 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.