“Ümid” Qubada 2 günlük beynəlxalq turnir təşkil edəcək

Qubada “Ümid” taekvondo klubunun təşkilatçılığı ilə beynəlxalq turnir keçiriləcək. Sportinfo.az xəbər verir ki, 22 iyulda başlayacaq yarış iki gün davam edəcək.

 

Olimpiya İdman Kompleksindəbaş tutacaq tədbir 2008-2009, 2006-2007-ci il təvəllüdlü uşaq, 2003-2005 –ci il təvəllüdlü yeniyetmə və 2000-2002-ci il təvəllüdlü gənc taekvondoçular arasında təşkil ediləcək.

 

Sınaqda respublikamızın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları ilə yanaşı Rusiya, Gürcüstan, İran və İrak idmançılarıda mübarizə aparacaq.

 

“DAEDO İnternational” taekvondo sistemilə keçiriləcək turnirində mükafatçılar sırasında yer alan idmançılar “Ümid” taekvondo klubunun müvafiq diplom və medalları ilə təltif olunacaq.

Tarix: 10 İyun 11:24    Oxunub: 131    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.