Azərbaycan - Şimali İrlandiya oyununa nə qədər bilet satılıb?

Azərbaycan və Şimali İrlandiya milli komandaları arasında iyunun 10-da keçiriləcək DÇ-2018-in seçmə mərhələ matçı üçün satışa çıxarılan biletlərin yarıdan çoxu satılıb. Sportinfo.az xəbər AFFA-nın "Facebook"dakı rəsmi səhifəsinə istinadla xəbər verir ki, artıq 21000-dən çox bilet alınıb.

 

Biletlər "28 Mall", Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, "Bakcell" Sahil müştəri xidmətləri, "Bakcell Arena"nın kassalarında satılıb. Onları www.tickets.affa.az saytından onlayn əldə etmək də mümkündür.

 

Qiymətlər VIP 25 manat, 1-ci kateqoriya 9 manat, 2-ci kateqoriya 4 manat, 3-cü kateqoriya 2 manatdır. Millimiz Şimali İrlandiyanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Sözügedən oyun iyunun 10-da keçiriləcək və saat 20:00-da start götürəcək.

Tarix: 9 İyun 00:08    Oxunub: 259    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.