"Azərbaycan yığmasının hansı gücdə olduğunu ehtimal edirdik"

“Çox güclü komandaya qalib gəlmişik. Azərbaycan yığmasının hansı gücdə olduğunu ehtimal edirdik” - Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Litvanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Vaşkunas Vitautas deyib.
 
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə ilk oyununu Azərbaycan millisinə qarşı keçirən litvalılar 2:1 hesablı qələbəyə seviniblər. Matçla bağlı fikirlərini bölüşən Vitautas bunları deyib:

 

“Oyuna çox ciddi hazırlaşmışdıq. Qələbə qazana bildiyimiz üçün özümü çox xoşbəxt hiss edirəm. Bəlkə bu gün o qədər də yaxşı çıxış edə bilmədik. Amma bugünkündən daha yaxşı oynamağı bacardığmızı düşünürəm. Daha yaxşı oynaya biləcəyin halda, qələbə qazana bilirsənsə, buna yalnız sevinmək lazımdır”.

Tarix: 9 Yanvar 20:24    Oxunub: 238    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Oktyabr 2017
19 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.