Olimpiya çempionumuz reytinqdə ilk sırada yerini qoruyur

Dünya Taekvando Federasiyasının cari ilin yanvar ayı üçün reytinqı açıqlanıb. Sportinfo.az xəbər verir ki, siyahı Azərbaycan üçün uğurludur. Olimpiya və dünya çempionumuz Radik İsayev (+80 kqı) olimpiya əmsalında ötən ayda olduğu kimi yenə bütün rəqiblərini qabaqlayır. Onun hesabında 504.7 xal var. Dünya reytinqində isə 0, 2-ci pillədə qərarlaşıb (341.04).

 

Rio-2016-nın bürünc medalçısı Milad Beiqi Harçeqani (80 kq) həm hər iki əmsalda 2-cidir (336,23). Avropa oyunlarının qalibi Ayxan Tağızadə (68 kq) 4 pillə irəliləməklə 175,82 xalı ilə 8-ci sıradadır. İdmançımız dünya reytinq cədvəlində 167.67 xalla 7-cidi.

 

Dayanq ustalarımızın Tokio-2020-ə lisenziya qazanması üçün onların DTF-nin reytinq siyahılarında yüksək yerlərdə mövqe tutması mühüm əhəmiyyət daşıyır. Kişilərdən ibarət millimiz ötən ilin dekabrında Bakıda keçirilən komandalararası dünya çempionatının qalibi olub. Milad Beigi Harçeqani həmin ay Bakıda yəşkil olunan mükafat yarışının qızıl medalını qazanıb.

Tarix: 9 Yanvar 19:48    Oxunub: 102    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.