"Zirə"dən "Manisaspor"a?

“Zirə”də heyətlə bağlı çalışmalar davam edir. Sportinfo.az-ın bir neçə gün əvvəl verdiyi xəbər bu gün təsdiqlənib: qəsəbə təmsilçisi qış fasiləsində daha bir futbolçu ilə yollarını ayırıb. Yayda heyətə cəlb olunan Gerhard Proqni karyerasını başqa klubda davam etdirəcək.

 

Albaniyalı yarımmüdafiəçi ilə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.


Saytımıza verilən məlumata görə, Proqnı karyerasını Türkiyədə dəvət etdirəcək. PTT I Liqanın 3-4 klubu ona dəvət göndərib. "Manisaspor" başda olmaqla. Millimizin və "Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Uğur Pamuk da hazırda bu klubun düşərgəsindədi. Manisalılar turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.16 tura 3 qələbə qazanıblar.

Tarix: 9 Yanvar 19:36    Oxunub: 464    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Oktyabr 2017
19 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.