"Reynaldo ilə maraqlanan çox olsa da, təklif göndərən yoxdu"

"Reynaldo ilə bir çox əcnəbi menecerlər maraqlanır. hər gün onunla bağlı zənglər gəlir. Ancaq rəsmi bir təklif yoxdu" - bu sözləri Sportinfo.az-a açıqlamasında Reynaldonun meneceri Tural Əsgərov deyib.


Türkiyə mətbuatının yaxdığına görə, Super Liqada çıxış edən “Gənclərbirliyi” “Qarabağ”ın hücumçusuna elçi düşüb. İddia olunur ki, baş məşqçi Ümit Özatın tələbi ilə artıq Ankara təmsilçisi ağdamlılara rəsmi təklif də yollayıb. Daha çox icarə variantını düşünən tərəflər bir neçə gün ərzində keçidi rəsmiləşdirəcəklər.


Reynaldo bu mövsüm "Qarabağ"ın heyətində 6 qol vurub. 27 yaşlı "sambaçı" 2013-cü ildən Ağdam klubunda çıxış edir. Tanınmış menecer bununla bağlı saytımıza deyib ki, "Gənclərbirliyi"nin braziliyalı legioneri sıralarına qatmağa hazırlaşması haqda informasiyalar həqiqətdən uzaqdı.

 

Sitat: "Reynaldonun transfer işləri ilə məşğul olan şəxs kimi deyə bilərəm ki, "Gənclərbirliyi"dən heç bir təklif gəlməyib. Kimlərinsə onunla maraqlanması hələ o demək deyil ki, məsələ konkretləşib. "Qarabağ" yaxşı təklif alarsa, hücumçusunu satacaq. Transfer qiymətini onunla maraqlananlara demişik".

Tarix: 9 Yanvar 18:00    Oxunub: 321    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2017
20 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.