ÖZƏL! "Rostov"un yetirməsi və millimizin üzvü "Sumqayıt"da

Xəbər verdiyimiz kimi, yanvarın 10-da təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq “Sumqayıt” qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. Komandamız ilk olaraq, yanvarın 13-də Albaniya təmsilçisi “Şkenderbeu” ilə qarşılaşcaq. 


“Sumqayıt” növbəti yoxlama oyununu yanvarın 16-da keçirəcək. Özbəkistan klubu “Nasaf”la üz-üzə gələcək. Qeyd edək ki, 30 yaşlı klub son mövsüm ölkə çepionatını 3-cü pillədə başa vurub. Antalyada son yoxlama oyunu yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşıdı. 


Sportinfo.az-ın məlumatına görə, "kimyaçılar" düşərgəsinə 2 yeni futbolçu cəlb edib. Vaxtilə 19 yaşlılardan ibarət yığmamızın və "Rəvan"ın formasını geyinmiş Sergey Çernışov və "Rostov"un yetirməsi Fərhad Qıstarov baxışdadı. 24 yaşlı dayaq yarımmüdafiəçisi Çernışov və 22 yaşlı sol cinah yarımmüdafiəçisi Qıstamov Türkiyədə keçiriləcək yoxlama oyunlarında sınanacaq.

 

Tarix: 9 Yanvar 17:48    Oxunub: 585    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Mart 2017
25 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.