Mübariz Mənsimov FHN-ə sualtı qayıq bağışladı - VİDEO

Azərbaycanlı iş adamı, "Xəzər Lənkənan"ın sahibi Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) sualtı qayıq hədiyyə edib. Sportinfo.az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

 

Onun sözlərinə görə, “Palmali” Şirkətlər Qrupuna məxsus “DeepFlight DF-302 Super Falcon” sualtı qayığının FHN-ə bağışlanması barədə nazirliklə şirkət arasında razılıq əldə edilib. Qurum rəsmisi deyib ki, sualtı qayıq nazirliyə təhvil veriləndən sonra ötən ilin sonlarında Xəzər dənizində baş vermiş qəza nəticəsində itkin düşmüş nefçilərin axtarışına cəlb ediləcək.

 

Tarix: 9 Yanvar 17:00    Oxunub: 349    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.