Azərbaycan prezidentinin bacısıoğıu peşəkar idmançıdı - FOTOLAR

Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev özü də peşəkar idmançıdı. Sportinfo.az xəbər verir ki, ötən il federasiyada vitse-prezident seçilən Əliyev uzun illər paurlifting idman növü üzrə yığmamızın tərkibində mübarizə aparıb.

 

2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurlifting üzrə gənclər arasında keçirilən yarışda 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gələrək yüksək nəticə göstərib. Latviyada keçirilən yarışda isə paurliftinq üzrə dünya çempionatında 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq nəticəsini daha da yaxşılaşdırıb.

 

2014 cü ildə keçirilən Açıq Avrasiya Kuboku yarışında gümüş medal qazanıb və bununla yanaşı bir çox beynəlxalq yarışların qalibidi. Azər Əliyev mərhum prezident Heydər Əliyevin nəvəsi, Sevil Əliyevanın oğludu.

 

Tarix: 9 Yanvar 15:36    Oxunub: 338    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.