"Neftçi"nin eks prezidenti yerli mütəxəssislərə nə çatdırdı?

Bakıda başa çatan beynəlxalq seminardan dərhal sonra yerli hakimlər və məşqçi-müəllimlər üçün də seminar keçirilib. Sportinfo.az-ın məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin bütün bölgələrindən olan 250 nümayəndə iştirak edib.
 
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov seminar iştirakçılarını salamlayaraq paytaxtımızda təşkil olunan beynəlxalq seminarın vacibliyini vurğulayıb. Qəbul edilən yeni yarış və hakimlik qaydalarının mütəxəssislər tərəfindən yerli məşqçi-müəllimlərin diqqətinə çatdırılacağını söyləyib.

 

Hər bir cüdo klubunun nümayəndəsinə, bölgə məşqçilərinə beynəlxalq seminarda qəbul olunan yeni qərarları özündə əks etdirən videomaterial şəklində hazırlanan disklər veriləcək. Tez bir zamanda isə federasiyanın rəsmi saytında yeni yarış və hakimlik qaydalarının doğma dilimizdə tərcümə olunan material yerləşdiriləcək. Yerli seminarda bütün qərarlar nəzəri və praktiki olaraq hakimlər və məşqçilərin diqqətinə çatdırılıb.

Tarix: 9 Yanvar 11:00    Oxunub: 127    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Yanvar 2017
19 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.