Sadıq Sadıqov aldı - FOTO

Bakıda keçirilən Beynəlxalq Cüdo Federasiyasının hakimlər və məşqçilər üçün beynəlxalq seminarın iştirakçılarına ziyafət verilib. Sportinfo.az-ın məlumatına görə, mərasimdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək iki gün ərzində paytaxtımızda keçirilən beynəlxalq seminarın yüksək səviyyədə təşkil olunduğunu bildirib.
 
Azərbaycan Cüdo Federasiyasının işini yüksək qiymətləndirən cənab Vizer gələn il ölkəmizdə baş tutacaq dünya çempionatının da yaddaşlarda iz buraxacağına əminliyini ifadə edib. Marius Vizer cüdo idman növünün inkişafındakı xidmətlərinə görə Beynəlxalq Cüdo Federasiyasının xüsusi mükafatını Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqova təqdim edib.

 

Sadıq Sadıqov dünya cüdo təşkilatının rəhbərinə minnətdarlığını bildirərək, ölkəmizin dünyada aparıcı idman dövlətləri sırasında yer aldığını vurğulayıb. Beynəlxalq Cüdo Federasiyasının belə bir əhəmiyyətli tədbiri Bakıda keçirməsinin əhəmiyyətindən danışan vitse-prezident yeni qaydaların cüdonun inkişafı üçün önəmli rol oynayacağına əminliyini ifadə edib.
 
Sonra Beynəlxalq Cüdo Federasiyasının baş katibi, Fransa Cüdo Təşkilatının başçısı Jan Roje Azərbaycanın dünya cüdo ailəsində xüsusi çəkiyə malik olduğunu söyləyib. Cənab Roje beynəlxalq seminarda qəbul edilən yeni qaydaların ilk dəfə olaraq gələn ay Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində tətbiq ediləcəyini bildirib. Xarici federasiyaların rəsmiləri, nümayəndələr Azərbaycan cüdosuna yeni zirvələrin fəthini arzulayıblar.

Tarix: 9 Yanvar 10:36    Oxunub: 88    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2017
18 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.