"Biz Azərbaycanla bu sahədə təcrübəmizi bölüşməyə hazırıq"

"Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı uğuru Türkiyə xalqı üçün çox dəyərlidi" - Sportinfo.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Türkiyənin idman və gənclər naziri Akif Çağatay Kılıç deyib. Nazirin sözlərinə görə, Azərbaycan son illərdə idmana qoyduğu investisiyaların bəhrəsini görməyə başlayıb:

 

"Azərbaycanlı idmançıların IV İslam Həmrəyliyi Oyunlarındakı qələbəsi qardaş ölkənin doğru istiqamətdə hərəkət etdiyini göstərir. Birinci Avropa Oyunlarından iki il sonra Azərbaycan bir daha dünyaya idman yarışlarını təşkil etmək bacarığını nümayiş etdirdi".

 

Nazir qeyd edib ki, Türkiyə Bakıdakı İslamiadada tarixi uğura nail olub və bu Oyunların İstanbulda da uğurla keçiriləcəyindən əmin olduğunu deyib: "Son illərdə Türkiyə idmana investisiyalardan müsbət nəticələr əldə edir.

 

Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak edən 103 türkiyəli idmançının orta yaşı 26 təşkil edib. Bu isə gələcəyə ümidlə baxmağa imkan verir. Türkiyənin Gənclər və İdman Nazirliyi Olimpiya idmançılarının hazırlığı üçün çoxlu layihələr həyata keçirir. Biz Azərbaycanla bu sahədə təcrübəmizi bölüşməyə hazırıq".

Tarix: 28 May 18:25    Oxunub: 402    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.