İslamiadada götürülən dopinq-testlərin sayı açıqlandı - Problem var?

IV İslam Həmrəyliyi Oyunlarında 400-dək dopinq-test götürülüb. Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib.  Onun sözlərinə görə, prosesi AMADA-nın 21, PWC-nin (Professional Worldwide Controls) isə 11 nəzarətçisi həyata keçirib.

 

Öz tərəflərindən heç bir problemin olmadığını deyən icraçı direktor dopinq nümunələrinin Almaniyanın Drezden şəhərindəki laboratoriyaya göndərildiyini açıqlayıb. O, nəticələrin müvafiq beynəlxalq federasiyaların saytlarında yerləşdiriləcəyini əlavə edib. 

Tarix: 27 May 17:48    Oxunub: 248    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Dekabr 2017
15 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.