Mübariz Mənsimov Türkiyəni ayağa qaldırdı: "O qadını al içəri, süfrəni doldur"

Azərbaycanlı milyarder, "Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov bu gün Türkiyədə əsas müzakirə mövzularından birinə çevrilib. Sportinfo.az xəbər verir ki, səbəb restoranların birində yaşanan olaydı. Belə ki, tanınmış iş adamı restoranda nahar edərkən yoxsul geyimli, halsız bir qadının restorana girdiyini, işçilərin isə onu çıxartdığını görür. İnzibatçıdan nə baş verdiyini soruşur.

 

Müəssisənin işçisi qadının yemək istədiyini, lakin bura zəngin ailələr üçün olduğundan onu qapıdan uzaqlaşdırdığını bildirir. Mənsimovun ona verdiyi cavab isə hər kəsdə maraq qarışıq heyrət doğurur:

 

"Restoranda oturan hər kəsi çıxar bayıra, onlar burda yemək yeməsələr də, onsuz gedib başqa restoranda yeyəcəklər, o qadın isə yox. O qadını al içəri, süfrəni doldur yeməklərlə, axşamını da ver. Özünə də tapşır, hər gün gəlsin, yeməyini yesin rahat-rahat”.

Tarix: 8 Yanvar 17:59    Oxunub: 537    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.