Somalı yığmasının 2 üzvü Bakıda itkin düşdü – Polis axtarır

Polis Bakıda mayın 12-dən 22-dək keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş Somalidən olan idmançıları axtarır. Sportinfo.az xəbər verir ki, Somali Federativ Respublikasının iki vətəndaşı öz yığmaları ilə birlikdə vətənə qayıtmayaraq Azərbaycanda qalıblar. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, onların dəqiq harda olması ilə bağlı heç bir məlumat yoxdu.

 

Hazırda Somalidə silahlı toqquşmalar davam edir. Beynəlxalq KİV-in yazdığına görə, ölkədə faciəli vəziyyət hökm sürür, ərzaq çatmır və buna görə qaçışçıların vətənə qayıtmaq istəməməsi təəccüblü deyil. Axtarılan idmançıların adları hələ açıqlanmır. Yalnız bu idmançıların atlet-qaçışçılar olduqları məlumdur.

 

Somalidən olan nümayəndə heyətinin sayı az olub - cəmi səkkiz idmançı. Məlumdur ki, 800 metrlik məsafəyə qaçışda Somalidən olan idmançı Əhməd Adissalam iştirak edib və 12-ci yeri tutub. 1500 metr məsafəyə qaçışda isə Həssən Əli 16-cı yeri tutub. Ancaq məhz bu idmançıların geri qayıtmadığı dəqiq bəlli deyil.

 

Eyni zamanda, Azərbaycanın Daxili İşlər Nazirliyindən bildiriblər ki, gec-tez idmançılar tapılacaq və öz ölkələrinə deportasiya ediləcəklər. Güman edilir ki, əcnəbilər Azərbaycan vasitəsilə üçüncü ölkəyə getmək üçün burada qalıblar. Somalidən olan atletlərin yoxa çıxması ilə bağlı Dövlət Miqrasiya Xidmətinin əməkdaşları xəbərdar ediliblər.

Tarix: 25 May 19:00    Oxunub: 339    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.