Azərbaycanın baş məşqçisi Bakını tərk etdi və... YOXA ÇIXDI

Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Peter Zayzenbaheri Avstriyada tapa bilmirlər. Sportinfo.az xatırladır ki, dünən orda həddi-buluğa çatmamış bir neçə qıza qarşı seksual xarakterli cinayətlərin törədilməsi ittihamı əsasında məhkəmə dinləmələri başlamalı idi.

 

Zayzenbaher məhkəməyə gəlməyib, onun telefonu söndürülüb, ikiqat olimpiya çempionunun vəkili isə müdafiə etdiyi şəxsin harada olduğunu bilmir. Baxmayaraq ki, Azərbaycan Cüdo Federasiyasından virtualaz.org-a Zayzenbaherin məhz Avstriyadakı məhkəmə ilə bağlı Azərbaycanı tərk etdiyini bildiriblər.

 

Bu il oktyabrın başlanğıcında Vyana prokurorluğu onun qurbanlarından birinin ərizəsinə əsasən başlanmış üçillik araşdırmanın nəticələrinə görə keçmiş idmançıya qarşı ittiham irəli sürüb. 56 yaşlı avstriyalı 1990-cı illərin sonlarında və 2000-ci illərin başlanğıcında - Vyana idman klublarından birində işlədiyi dövrdə iki qızın zorlanmasında ittiham olunur. Zayzenbaher 10 ilə qədər həbs cəzası ala bilər.

 

O, Azərbaycan yığmasına ilk dəfə 2012-ci ildə rəhbərlik etməyə başlayıb. Amma 2014-cü ildə Zayzenbaher öz postunu tərk edib. Onun rəhbərliyi altında Elxan Məmmədov Azərbaycan cüdosunun tarixində birinci dünya çempionu oldu. 2015-ci ildə Zayzenbaheri yenidən Azərbaycana dəvət etdilər. Rio olimpiadasında bizim komandamız iki gümüş medal qazandı…

Tarix: 21 Dekabr 00:53    Oxunub: 273    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Mart 2017
25 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.