Lənkəranın "Xəzər"i olmasa da, qəhrəman Ramini var! - FOTOLAR

Lənkəranlılar həmyerliləri, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, taekvandoçu Ramin Əzizovu təntənəli surətdə qarşılayıb. Sportinfo.az xəbər verir ki, qarşılanma mərasimində icra hakimiyyətinin rəsmiləri, ailə üzvləri, şəhər sakinləri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Raminin çempion olması münasibətilə qurban kəsilib. Daha sonra Ramin Əzizov, şəxsi məşqçisi Vüqar Sultanov və çempionu qarşılamağa gələnlər Lənkəran Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin ruhuna dualar oxuyublar.

 

Ramin Əzizov 2015-ci ilin yanvar ayında təlim-məşq zamanı ayağından ciddi zədə alıb və 2016-cı ilin sonuna kimi bərpa-müalicə prosesi keçib. Bu müddət ərzində bir çox mötəbər yarışlarda, xüsusən də Bakı 2015 İlk Avropa Oyunlarında çıxış edə bilməyib.

 

Ramin zədəsini bərpa edəndən sonra, yenidən rinqə qayıdıb. İslam Oyunlarında qələbəsi, onun zədəsini bərpa etdikdən sonra ilk böyük qələbədi. R.Əzizov milli komandanın kapitanıdı. Bundan başqa ağır-atletika üzrə Lənkəran rayonundan olan Əzimmova Səbinə (53 kq) və Fətullayev Rövşən (94 kq) bürünc medal qazanıb. 

 

Tarix: 22 May 20:36    Oxunub: 632    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.