"Qəbələ" "Milan"a yenildi - 0:3

taliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə start verilib. Sportinfo.az xəbər verir ki, “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası yarışın ilk günündə iki qarşılaşmaya çıxıb.
 
Ülfət Mədətovun baş məşqçisi olduğu komanda I mərhələnin A qrupunda keçirdiyi görüşlərdə İtaliya təmsilçiləri ilə qarşılaşıb. “Qəbələ” ilk oyununda “Milan”la görüşüb. “Qırmızı-qaralar” bu matçda 0:3 hesabı ilə məğlub olub.

 

İkinci görüşdə komanda “Spal 2013” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib. Beləliklə, “qırmızı-qaralar” ilk iki turda 1 xal toplayıb. Qrup mərhələsinin son oyunları sabah keçiriləcək. “Qəbələ” “Kapilan Pallo” ilə görüşəcək.

Tarix: 20 May 08:00    Oxunub: 107    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Noyabr 2017
22 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.