"Son anda özümdə güc tapdım"

"Finalda bir az yorğun olduğum üçün İran idmançısı önə çxmışdı. Amma son anda özümdə güc tapıb ona qalib gəldim".

 

Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş üzrə 97 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Nurməhəmməd Hacıyev deyib.


Onun sözlırinə görə, final görüşü ən çətin olub: "İranlı rəqibimi əsl rəqib hesab edirəm. Qələbəmə görə məşqçilərimə, baş məşqçimizə minnətdaram".


O, dünya çempionatına hazırlaşacağını da deyib: "Dünya çempionatında iştirak etməyim hakimlərin qərarından asılıdır. Amma mən məşqlərimi davam etdirəcəm, hazırlaşacam".

Tarix: 20 May 00:53    Oxunub: 166    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.