"Əgər baş məşqçi mənim milliyə faydalı olacağımı düşünərsə..."

"Orlando Siti"də çıxış edən Kaka həmvətəni Neymarla bağlı açıqlama verib. Sportinfo.az xəbər verir ki, Braziliya millisinin sabiq futbolçusu "Baerselona"nın hücumçusu haqda danışıb.

 

O, Neymarın oyun tərzini öz oyununa bənzətdiyini deyib: "Neymarın oyununu izləməyi sevirəm. Hər şeyi çox asanmış kimi göstərir. Oyun tərzi olaraq özümə ən yaxın futbolçu olaraq Neymarı göstərə bilərəm".
 
Braziliya millisindəki karyerasını hələ rəsmi olaraq bitirmədiyini qeyd edək təcrübəli yarımmüdafiəçi yığmaya kömək etməyə hər zaman hazır olduğunu söyləyib: "Baş məşqçi postuna Titi gəldikdən sonra yaxşı oyun göstəririk və artıq dünya çempionatına vəsiqə qazanmışıq.

 

Turnirin favoritlərindən olduğumuzu düşünürəm. Şəxsi olaraq milli ilə bağlı gözləntim yoxdu. Hazırda diqqətimi klubumun oyunlarına yönəltmişəm. Əgər baş məşqçi mənim milliyə faydalı olacağımı düşünərsə, hər zaman kömək etməyə hazıram".

Tarix: 20 May 00:40    Oxunub: 170    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.