SON DƏQİQƏ! Millimizin daha bir futbolçusu Avropa klubunda!

"Kəpəz"dən ayrılan Orxan Əliyev yanidən legioner həyatı yaşamağa çox yaxındı. Bir neçə il öncə "Portu"da baxışdan keçən və U-19 komandasında oynamaq istəmədiyi üçün Portuqaliyadan ayrılan yarımmüdafiəçinin yolu bu dəfə Slovakiyayadı.

 

Sportinfo.az-ın məlumatına görə, onun transferi ilə AFFA-nın milli komandalar üzrə seleksiyaçısı Riad Rəfiyevlə məşğuldu. 


Əliyevin adı son saatlaradək "Zirə" ilə yanaşı çəkilirdi. Hətta bildirilirdi ki, avrokubokların debütantı onunla 1 illik müqavilə bağlayıb, 1200 manata. Dəqiq olan isə budu ki, millinin keçmiş üzvünü "Neftçi" və "Qəbələ" sıralarına qatmaq istəyib.

 

Rəfiyevin müdaxiləsi ilə bu transfer baş tutmayıb. O, Orxanı Ramil Şeydayevin yanına - "Jilina"ya aparır. Birbaşa müqaviləyə deyil. Ölkəmizdə "Sumqayıt", "Xəzər Lənkəran" kimi klubların da formasını geyinən hücumameylli yarımmüdafiəçi "Jilina"da baxışdan keçməlidi.

Tarix: 20 May 00:24    Oxunub: 1685    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.