İslamiada: Azərbaycan suya tullananlarından daha bir medal

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən suya tullananlardan ibarət Artyom Danilov - Dmitri Sorokin dueti bürünc medal qazanıb. Sportinfo.az xəbər verir ki, cütlük 3 metrlik tramplindən sinxron üsulla tullanma yarışında fərqlənib. Onlar 6 cəhdin yekununda 297,90 xal toplayıblar. 

Qadınlar arasında 10 metrlik platformadan tullanmada Olqa Bıkovskaya fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 275,85 xal toplayıb. Gümüş medalı 167,70 xal yığan indoneziyalı Della Harimurti, bürünc medalı isə 161,95 xalla türkiyəli Sinem Sağlam əldə edib. Azərbaycan suya tullanma növündə ilk medalı ötən gün Dmitri Sorokin qazanıb. 

Tarix: 20 May 00:16    Oxunub: 106    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Oktyabr 2017
19 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.