Azərbaycan sərbəst güləşçiləri 2 qızıl, 1 gümüş medal qazandı

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Nurməhəmməd Hacıyev qızıl medal qazanıb. Sportinfo.az-ın məlumatına görə,97 kq çəki dərəcəsində yer alan Hacıyev finalda iranlı Amir Mohammadini yenib - 9:2. Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 2 qızıl, 1 gümüş medalla başa vurublar. 

 

Məhəmməd Müslümov gümüş medal qazanıb. 65 kq çəki dərəcəsində yer alan Müslümov finalda iranlı Meysam Nəsiriyə uduzub - 3:5. Mahir Əmiraslanov qızıl medal qazanıb. 57 kq çəki dərəcəsində yer alan Əmiraslanov finalda qazaxıstanlı Jandos İsmayılovu məğlub edib.  

Qalib idmançılara medalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva təqdim edib. Çempion idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Tarix: 20 May 00:00    Oxunub: 55    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 İyun 2017
26 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.