"Real" 16 yaşlı "yeni Neymar"ı rəsmən transfer etdi

"Real" növbəti transferini həyata keçirib. Sportinfo.az xəbər verir ki, "kral klubu" Teo Ernandezin ardından Braziliyanın "Flamenqo" klubunda forma geyinən Vinisius Junioru rənglərinə bağlayıb. 

 

"Barselona"nın da maraq dariəsində olan 16 yaşlı futbolçunun Madrid klubuna keçidini "Flamenqo"nun prezidenti Kleber Leite də təsdiqləyib: "Xəbərlərdə oxuyuram ki, Vinisius "Real"a keçməyə yaxındı. Əslində, yaxın deyil, Junior artıq "Real"ın futbolçusudu".

 

"Real"ın Vinisiusa görə "Flamenqo"ya 60 milyon avro ödədiyi bildirilir. "Yeni Neymar" adlandırılan futbolçu ötən yay Çilidə keçirilən 17 yaşadək futbolçular arasında Cənubi Amerika çempionatında 5 qol vuraraq "Pichichi" mükafatına sahib çıxıb. 

Tarix: 19 May 21:00    Oxunub: 388    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.